EN

Xviça Kvaratsxeliyadan xəbər var

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Nyukasl"la oyununda (1:1) aldığı zədədən sonra sağalıb. Sport24.az xəbər verir ki, gürcüstanlı vingerə sağ topuğunun burxulması diaqnozu qoyulmuşdu.

Kvaratsxeliya artıq komanda ilə məşqlərə qayıdıb və fevralın 8-də "Marsel"lə keçiriləcək Liqa 1-in 21-ci tur matçı üçün heyətə daxil edilə bilər.

Qeyd edək ki, PSJ Xviça Kvaratsxeliyanı 2025-ci ilin yanvarında "Napoli"dən 70 milyon avroya transfer edib. 24 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində bütün yarışlarda 27 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
2
sport24.az

3Sources