ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Nyukasl"la oyununda (1:1) aldığı zədədən sonra sağalıb.
Sportal.az xəbər verir ki, gürcüstanlı vingerə sağ topuğunun burxulması diaqnozu qoyulmuşdu.
Kvaratsxeliya artıq komanda ilə məşqlərə qayıdıb və fevralın 8-də "Marsel"lə keçiriləcək Liqa 1-in 21-ci tur matçı üçün heyətə daxil edilə bilər.
Qeyd edək ki, PSJ Xviça Kvaratsxeliyanı 2025-ci ilin yanvarında "Napoli"dən 70 milyon avroya transfer edib. 24 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində bütün yarışlarda 27 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.