Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
***
12:37
Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
"Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, ötən gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. liseyin müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.