Ötən gün "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən Şəhla Kamilovanın vəziyyəti bilinib.
Bu barədə Far.Az-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.