EN

Premyer Liqa klubunda əsrin rekordu qeydə alındı

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasının 25-ci turunda "Lids Yunayted"ə məğlub olan (1:2) "Nottinqem Forest"də maraqlı rekord qeydə alınıb.

QOL.az xəbər verir ki, matçın start heyətində meydana çıxan Zak Ebbott klubun tarixinə düşüb.

19 yaş 259 günlüyündə olan müdafiəçi 21-ci əsrdə "Nottinqem Forest" forması ilə Premyer Liqa matçına start heyətdə başlayan ilk yeniyetmə futbolçu olub.

Sonuncu dəfə bu komandada belə gənc oyunçu 1999-cu ilin yanvarında "Koventri"yə qarşı oyunda start heyətdə yer alıb. Həmin vaxt Kris Doyqun 17 yaşında olub.

Chosen
85
1
teleqraf.com

2Sources