Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, milli komandamız Tiflisdə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.
U-17 millimizin bu toplanış üçün açıqlanmış heyətində aşağıdakı futbolçular yer alıblar:
Qapıçılar: İradə Əsədli (“Şəfa”), Süməyyə Əhməd (“Ulduz”);
Müdafiəçilər: Aysu Əsədova, Aylin Azadova (“Sabah”), Ayan Abdiyeva (“Liman”), Xədicə Rəhimova (“Neftçi”), Zəhra İsmayilova (“Şəfa”), Məryəm Nuruzadə, Aylin Əliyeva (“Ulduz”), Nuray Əzizova (“Təhsil 8 İOEUGİM”);
Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);
Hücumçular: Şəhanə Mirzəliyeva (“Liman”), Zəhra Abdullayeva (“Ulduz”).
