EN

Ermənistan parlamentinin spikeri Koçaryanı məhkəməyə verib

BAKI,TurkicWorld

Fevralın 5-də Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın sabiq prezidenti Robert Koçaryandan məhkəməyə şikayət edib.

TurkicWorld bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

İddia ərizəsinə əsasən, Simonyan keçmiş dövlət başçısından onun ünvanına səslənmiş təhqirlərə görə, ictimai şəkildə üzrxahlıq və 1 milyon dram (4520.58 AZN) həcmində təzminatın ödənilməsini tələb edir.

Milli Assambleyanın sədrinin tələbinə görə, üzr mətni Robert Koçaryanın sosial şəbəkədəki səhifəsində hamı üçün əlçatan və görünən şəkildə ən azı 5 iş günü müddətində dərc olunmalıdır və ya bu mümkün olmadığı halda, üzr tirajı azı beş min nüsxə olan nəşrdə yayımlanmalıdır.

Chosen
53
3
turkic.world

4Sources