AZ

Ermənistan parlamentinin spikeri Koçaryanı məhkəməyə verib

Bakı. Trend:

Fevralın 5-də Ermənistan parlamentinin sədri Alen SimonyanErmənistanın sabiq prezidenti Robert Koçaryandan məhkəməyə şikayətedib.

Trend bu barədəErmənistan KİV-ə istinadən xəbər verir.

İddia ərizəsinə əsasən, Simonyan keçmiş dövlət başçısından onunünvanına səslənmiş təhqirlərə görə, ictimai şəkildə üzrxahlıq və 1milyon dram (4520.58 AZN) həcmində təzminatın ödənilməsini tələbedir.

Milli Assambleyanın sədrinin tələbinə görə, üzr mətni RobertKoçaryanın sosial şəbəkədəki səhifəsində hamı üçün əlçatan vəgörünən şəkildə ən azı 5 iş günü müddətində dərc olunmalıdır və yabu mümkün olmadığı halda, üzr tirajı azı beş min nüsxə olan nəşrdəyayımlanmalıdır.

Seçilən
39
3
az.trend.az

4Mənbələr