EN

İran  ABŞ ilə danışıqlara BAŞLADI

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə nüvə danışıqları və sanksiyaların ləğvi məqsədi ilə Oman paytaxtı Maskata səfər edib.

Vətəninfo.az xəbər verir ki, səfər çərçivəsində XİN başçısı omanlı həmkarı ilə də bir araya gəlib. Görüşdə Əraqçı İranın milli maraqlarını təmin etmək üçün diplomatiyaya sadiq olduğunu bildirib, eyni zamanda ölkənin suverenliyi və milli təhlükəsizliyinin qorunmasının prioritet olduğunu vurğulayıb. O, Oman Sultanlığının vasitəçilik və ev sahibliyi səylərini yüksək dəyərləndirib.

Oman xarici işlər naziri isə İranın danışıqlardakı xoşməramlı və məsuliyyətli mövqeyini müsbət dəyərləndirib. Bədr əl-Busəidi bu mərhələnin tərəflər arasında gərginliyin azalmasına və İran–ABŞ arasında davamlı anlaşmaya zəmin yarada biləcəyinə ümid etdiyini bildirib.

Chosen
22
2
veteninfo.az

3Sources