AZ

İran ABŞ ilə danışıqlar masasına qayıtdı: Abbas Əraqçı Omana getdi

ain.az, Sitat.info portalına istinadən məlumat yayır.

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə nüvə danışıqları və sanksiyaların ləğvi məqsədi ilə Oman paytaxtı Maskata səfər edib.

Sitat.info xəbər verir ki, səfər çərçivəsində XİN başçısı omanlı həmkarı ilə də bir araya gəlib.

Görüşdə Əraqçı İranın öz milli maraqlarını təmin etmək üçün diplomatiyaya sadiq qaldığını bildirib, eyni zamanda ölkənin suverenliyi və milli təhlükəsizliyinin qorunmasının prioritet olduğunu vurğulayıb.

O, Oman Sultanlığının vasitəçilik və ev sahibliyi səylərini yüksək dəyərləndirib.Omanın xarici işlər naziri isə İranın danışıqlardakı xoşməramlı və məsuliyyətli mövqeyini müsbət qiymətləndirib. Bədr əl-Busəidi bu mərhələnin tərəflər arasında gərginliyin azalmasına və İranla ABŞ arasında davamlı anlaşmaya zəmin yarada biləcəyinə ümid etdiyini bildirib.  

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
sitat.info

3Mənbələr