Bu gün “Associated Press” (AP) nəşri Omanda keçiriləcək ABŞ və İran arasındakı danışıqlarla bağlı yeni məlumat yayıb. Vətəninfo.az xəbər verir ki, İranın 86 yaşlı ali lideri Əli Xameneyi son etirazların zorakılıqla yatırılmasından sonra əvvəlki strategiyasını dəyişərək rejimin mövcudluğunu qorumağa çalışır.
AP-nin məlumatına görə, Xameneyi hazırda üç əsas məqsədə fokuslanıb:
• rejimin ayaqda durmasını təmin etmək,
• ABŞ tərəfindən mümkün hərbi müdaxilənin qarşısını almaq,
• Vaşinqtonla nüvə danışıqlarını qəbul etmək.
Agentlik yazır ki, zorakılıqla yatırılan etirazlar ictimai qəzəbi, dərin iqtisadi problemləri və korrupsiya ilə bağlı narazılığı daha da artırıb.
AP-yə görə, hazırda ABŞ ilə davam edən nüvə danışıqları Xameneyinin “vaxt qazanmaq” və mümkün hərbi əməliyyatın qarşısını almaq strategiyasının vacib hissəsidir.