
İranın 86 yaşlı Ali dini Rəhbəri Seyid Əli Xamenei son etirazların zorakılıqla yatırılmasından sonra əvvəlki strategiyasını dəyişərək rejimin mövcudluğunu qorumağa çalışır.
Missiya.Az xəbər verir ki, bu barədə “Associated Press” nəşri Omanda keçiriləcək ABŞ və İran arasındakı danışıqlarla bağlı yeni məlumat yayıb.
Bildirilib ki, Xamenei hazırda üç əsas məqsədə fokuslanıb:
1.Rejimin ayaqda durmasını təmin etmək:
2.ABŞ tərəfindən mümkün hərbi müdaxilənin qarşısını almaq:
3.Vaşinqtonla nüvə danışıqlarını qəbul etmək.
Mənbə yazır ki, zorakılıqla yatırılan etirazlar ictimai qəzəbi, dərin iqtisadi problemləri və korrupsiya ilə bağlı narazılığı daha da artırıb.
Məlumata görə, görə, hazırda ABŞ ilə davam edən nüvə danışıqları Xameneinin “vaxt qazanmaq” və mümkün hərbi əməliyyatın qarşısını almaq strategiyasının vacib hissəsidir.
Daşqın HəsənovMissiya.Az