Yazını böyüt
Yazını kiçilt
Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində vəfat edib.
Hafta.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.