Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Samux küçəsi ərazisində yerləşən çörək zavodunda baş verib.
1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib.
İlkin müayinə zamanı onun ürək tutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.