Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.
"Ölkə.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.
1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.