Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fildişi Sahilindən Azərbaycana niyə gəlib?
Azərbaycan 1-ci liqasında çıxış edən "Şahdağ Qusar" heyətinə daha bir legioner futbolçu cəlb edib.
QOL.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fildişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.
24 yaşlı hücumçu mövsümün sonuna qədər Qusar təmsilçisində çıxış edəcək. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda oynayıb.
Xatırladaq ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni də transfer edib. Komanda 1-ci liqada geridə qalan 12 turdan sonra 12 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.