EN

Yaponiyada güclü qar nəticəsində ÖLƏNLƏR VAR

Ajans.az xəbər verir ki, bu barədə Yaponiya Yanğından Mühafizə və Xilasetmə Agentliyinin rəsmi saytında dərc olunmuş statistik məlumatlarda bildirilib. Yanvarın 20-dən etibarən ölkənin şimal bölgələrini və Yaponiya dənizi sahillərini əhatə edən intensiv qar yağışı ağır fəsadlara yol açıb. Ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yol və cığırların təmizlənməsi zamanı səhhəti pisləşən şəxslər var. Ən çox ölüm hadisəsi Niigata (14 nəfər), Akita (7 nəfər) və Yamaqata (5 nəfər) prefekturalarında qeydə alınıb. HokkaydoAomori prefekturalarında isə daha 4 nəfər həyatını itirib. Bundan əlavə, Naqano, Şimane, İvate və Kioto prefekturalarında da ölüm halları qeydə alınıb. Qar yağışı nəticəsində ümumilikdə 413 nəfər xəsarət alıb, onlardan 142-nin vəziyyəti ağırdır. Yerli hakimiyyət orqanlarının hesablamalarına görə, qış mövsümü ərzində Yaponiyada qar yağışı ilə əlaqədar ölənlərin ümumi sayı 61 nəfərə çatıb. Son həftələrdə xüsusilə güclü qar yağışları əsasən Niigata, Hokkaydo, Akita və Yamaqata prefekturalarına təsir edib. Əhaliyə yardım göstərmək məqsədilə bölgələrə ordu hissələri cəlb olunub.

 

Chosen
92
1
Ajans.az

10Sources