EN

Yaponiyada qar fəlakəti: İnsanlar ölür!

Yaponiyada 20 yanvardan etibarən davam edən güclü qar yağışı və soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 35-ə, xəsarət alanların sayı isə 358-ə yüksəlib.

“Yeni Sabah” xəbər verir ki, Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin açıqladığı son məlumatlara görə, əlverişsiz hava şəraiti ölkə üzrə ciddi fəsadlara səbəb olub. Ölüm hallarının ən çox qeydə alındığı bölgə 12 nəfərlə Niigata prefekturası olub.

Ölkə üzrə ümumilikdə 126 nəfərin ağır, 232 nəfərin isə yüngül xəsarət aldığı bildirilib. Ölüm hallarının detalları açıqlanmasa da, yerli media bəzi şəxslərin qar təmizləyərkən damlardan yıxılaraq həyatını itirdiyini yazır.

Qar yağışından ən çox zərər çəkən ərazilərdə qar örtüyünün qalınlığı 2 metri keçib.

Aomori prefekturasının bəzi kəndlərində isə qarın hündürlüyü rekord səviyyəyə çataraq 4,5 metr olub.

Əsmətxanım


Telegram kanalımız
Chosen
104
24
yenisabah.az

10Sources