EN

Yol polisinə rüşvət verən şəxs hakim qarşısına çıxarıldı 50 min cərimələndi

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Rusiyanın Pskov vilayətində yol polisinə rüşvət verən azərbaycanlı cərimələnib. Avtosfer.az xəbər verir ki, cərimə qərarını Porxov rayon məhkəməsi verib. Məlumata görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olub. Məhkəmə müəyyən edib ki, 2025-ci ilin mart ayında kişi DYP patrul avtomobilində olarkən inspektora 1000 rubl təklif edib.

Avtopilot rejimində olan “Tesla” qəzaya düşdü – Yastıqlar açılmadı - VİDEO

Məqsəd İnzibati Xətalar Məcəlləsinin 12.6-cı maddəsi (xarici işıq cihazlarından istifadə qaydalarının pozulması) üzrə inzibati xəta protokolunun tərtib edilməsindən yayınmaq olub. DYP əməkdaşı pulu qəbul etməkdən imtina edib və rüşvət verməyə cəhd barədə rəhbərliyinə məlumat verib. Məhkəmə təqsirli şəxsə 50 000 rubl məbləğində (təxminən 1102 manat) cərimə cəzası təyin edib. Rüşvət üçün nəzərdə tutulan 1000 rubl məbləğində pul isə dövlətin xeyrinə müsadirə edilib (Lent.az).

Oxunub 34

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
avtosfer.az

3Sources