ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Rusiyanın Pskov vilayətində yol polisinə rüşvət verən azərbaycanlı cərimələnib.
Lent.az yerli mediaya istinadla bildirir ki, cərimə qərarını Porxov rayon məhkəməsi verib.
Məlumata görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olub.
Məhkəmə müəyyən edib ki, 2025-ci ilin mart ayında kişi DYP patrul avtomobilində olarkən inspektora 1000 rubl təklif edib. Məqsəd İnzibati Xətalar Məcəlləsinin 12.6-cı maddəsi (xarici işıq cihazlarından istifadə qaydalarının pozulması) üzrə inzibati xəta protokolunun tərtib edilməsindən yayınmaq olub. DYP əməkdaşı pulu qəbul etməkdən imtina edib və rüşvət verməyə cəhd barədə rəhbərliyinə məlumat verib.
Məhkəmə təqsirli şəxsə 50 000 rubl məbləğində (təxminən 1102 manat) cərimə cəzası təyin edib. Rüşvət üçün nəzərdə tutulan 1000 rubl məbləğində pul isə dövlətin xeyrinə müsadirə edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.