Vaşinqton, 4 fevral, AZƏRTAC
İranla danışıqların mənalı olması üçün ballistik raketlər məsələsinin də müzakirəsi aparılmalıdır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O əlavə edib ki, İranda danışıqların Omanın paytaxtı Maskatda keçiriləcəyi ilə bağlı xəbərlərə baxmayaraq, danışıqların yeri hələ dəqiqləşdirilməyib. “Əgər iranlılar görüşməkdə maraqlıdırlarsa, biz hazırıq", - deyə ABŞ Dövlət katibi əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton