İranla danışıqların mənalı olması üçün ballistik raketlər məsələsinin də müzakirəsi aparılmalıdır.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.
O əlavə edib ki, İranda danışıqların Omanın paytaxtı Maskatda keçiriləcəyi ilə bağlı xəbərlərə baxmayaraq, danışıqların yeri hələ dəqiqləşdirilməyib. “Əgər iranlılar görüşməkdə maraqlıdırlarsa, biz hazırıq", - deyə ABŞ Dövlət katibi əlavə edib.