EN

Bakıda güclü külək fəsadlar törətdi: Maşınlara ziyan dəydi - VİDEO

Bakıda müşahidə olunan güclü küləyin təsirindən çoxmərtəbəli binanın fasadı uçub.


Manset.az xəbər verir ki, hadisə Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi, 42A ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli binanın fasad örtüyü qoparaq həyətdəki maşınların üzərinə düşüb.

Nəticədə ərazidə park edilmiş üç avtomobilə ciddi zərər dəyib.

Həmin görüntüləri təqdim edirik:



Chosen
20
2
manset.az

10Sources