EN

Ərdoğan Misirə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edib.

Aktual.az xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Ərdoğan Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşəcək.

"Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq, həmçinin Qəzza, Suriya, ABŞ-İran gərginliyi və regional məsələlər müzakirə olunacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ərdoğan dünən Səudiyyə Ərəbistanına da səfər etmişdi.

Chosen
17
ulusum.az

1Sources