Aktual.az xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Ərdoğan Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşəcək.
"Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq, həmçinin Qəzza, Suriya, ABŞ-İran gərginliyi və regional məsələlər müzakirə olunacaq”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ərdoğan dünən Səudiyyə Ərəbistanına da səfər etmişdi.