Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Lənkəranda istirahət mərkəzinin sahibini bıçaqlamaqda təqsirləndirilən Bəhruz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda müttəhimə hökm oxunub, o, 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il iyunun 29-da saat 7 radələrində Lənkəran şəhərinin "Böyük bazar" adlanan ərazisində baş verib.
Lənkəranın Osaküçə kənd sakini, 1985-ci il təvəllüdlü Bəhruz Tahirov Rusiyadan qayıdandan sonra qonşusu, 1977-ci il təvəllüdlü Firad Həbibovun onun həyat yoldaşı ilə münasibətdə olduğunu eşidib. O, həyat yoldaşını evdən qovub və F.Həbibovu qətlə yetirmək qərarına gəlib. İyunun 29-da səhər saatlarında B.Tahirov bazar ərazisinə gələrək, orada Firada bədəninin müxtəlif nahiyələrindən 4 zərbə endirib.
Faktla bağlı cinayət işi başlanılıb, B.Tahirov saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, Firad Həbibov Lənkəranda "Pambayi" istirahət mərkəzinin rəhbəridir.
Samir Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.