Lənkəranda istirahət mərkəzinin sahibini bıçaqlamaqda təqsirləndirilən Bəhruz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda müttəhimə hökm oxunub, o, 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il iyunun 29-da saat 7 radələrində Lənkəran şəhərinin "Böyük bazar" adlanan ərazisində baş verib.
Lənkəranın Osaküçə kənd sakini, 1985-ci il təvəllüdlü Bəhruz Tahirov Rusiyadan qayıdandan sonra qonşusu, 1977-ci il təvəllüdlü Firad Həbibovun onun həyat yoldaşı ilə münasibətdə olduğunu eşidib.
O, həyat yoldaşını evdən qovub və F.Həbibovu qətlə yetirmək qərarına gəlib. İyunun 29-da səhər saatlarında B.Tahirov bazar ərazisinə gələrək, orada Firada bədəninin müxtəlif nahiyələrindən 4 zərbə endirib.
Faktla bağlı cinayət işi başlanılıb, B.Tahirov saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, Firad Həbibov Lənkəranda "Pambayi" istirahət mərkəzinin rəhbəridir. (Oxu.az)
Bizim.Media