Rusiyadan səkkiz ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.
Moderator.az "Report"a istinadən xəbər verir ki, yük vaqonları bu gün yola salınacaq.
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın) göndərilib.