Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür.
"Far.Az" xəbər verir ki, bu gün Ermənistana göndərilən taxılın ümumi çəkisi 560 tondur.
Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.
Bu barədə "Far.Az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.