“Fənərbağça” transfer bazarında fəallığını davam etdirir.
Publika.az xəbər verir ki, Türkiyə klubu daha bir ulduz futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi “Əl-Hilal”ın hücumçusu Darvin Nunes ilə müqavilə bağlamağa ümid edir.
Klub rəhbərliyi Nunesin 6 aylıq icarəsi üçün rəsmi təklif göndərib. Bu barədə jurnalist Serkan Hamzaoğlu məlumat yayıb.
Əgər Nuneslə danışıqlar uğursuz olsa, “Fənərbağça” “Roma”nın futbolçusu Artyom Dovbiki transfer etmək variantını nəzərdən keçirəcək.