AZ

Bu transfer Ərdoğanın sayəsində baş tutub: prezident təşəkkür etdi

“Fənərbağça”nın prezidenti Sadettin Saran N’Qolo Kantenin transferinə şərait yaratdığı üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Publika.az xəbər verir ki, Fransalı yarımmüdafiəçi sənədlərindəki problemlərə baxmayaraq, “Əl-İttihad”dan Türkiyə klubuna qoşulub.

“Klubumuz dünya futbolunun ən əhəmiyyətli oyunçularından biri olan N’Golo Kantenin transferini uğurla başa çatdırdı.

Həm “Fənərbağça”nın, həm də bütövlükdə Türkiyə futbolunun inkişafına töhfə verəcək bu prosesin uğurla başa çatmasında göstərdiyi əhəmiyyətli dəstəyə görə öz adımdan və klubumuz adından Prezidentimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirmək istəyirəm.

Seçilən
17
1
publika.az

10Mənbələr