EN

Azərbaycanın yunan-Roma güləşçisi əməliyyat olunub

Azərbaycanın yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Güləş Federasiyasından bildirilib.

Çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə biləcək.

"Cebheinfo.az"

Chosen
19
3
cebheinfo.az

10Sources