EN

Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb

Ağcabədidə

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçirib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Chosen
14
7
1news.az

10Sources