AZ

Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçirib.
 
Agentlikdən Moderator.az-a verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.
 
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Seçilən
7
7
moderator.az

10Mənbələr