EN

Samoanın cənub sahillərində 5,2 bal gücündə zəlzələ oldu

BAKI, TurkicWorld

Samoaya məxsus Upolu adasının cənub sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Samoanın paytaxtı Apianın yerləşdiyi Upolu adasından 180 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 84 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Chosen
66
1
turkic.world

2Sources