Bakı. Trend:
Samoaya məxsus Upolu adasının cənub sahillərində 5,2 bal gücündəzəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Samoanın paytaxtı Apianınyerləşdiyi Upolu adasından 180 km cənub-qərbdə yerləşib. Yeraltıtəkanların ocağı 84 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib, sunamitəhlükəsi elan edilməyib.