EN

Azərbaycan Kuboku: “Sumqayıt” “Zirə” ilə üz-üzə

Bu gün Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk yarısında “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Baş hakim Cavid Cəlilovun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq.

Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. “Sumqayıt” - “Zirə”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək. Cavab oyunları isə 3-4 mart tarixlərində baş tutacaq.

İdman.Biz
Məqalədə:
Chosen
11
1
idman.biz

5Sources