Kənd təsərrüfatında süni zəka texnologiyalarının tətbiqi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "AzTV"yə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, süni zəka layihəsi çərçivəsində 30-a yaxın modul üzərində iş aparılır. Onlardan artıq 8-9-u test mərhələsindədir.
O bildirib ki, bu modullara torpaq xəritəsi, bitki xəritəsi, bitki sağlamlığı xəritəsi, fermer reytinqi, məhsuldarlığın proqnozlaşdırılması, dərmanların optimal tətbiqi, örüş və otlaqların idarə edilməsi daxildir.