
Gəncə Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb.
19 yaşlı Vasif Abidinovdan bir neçə gündür xəbər yoxdur.
Məlumat üçün bildirək ki, Vasif Abdinov Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlib.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 19 yaşlı şəxs axtarışa elan edilib.
“Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcəkdir”.