AZ

Bakıya qonaq gələn tələbə itkinDÜŞDÜ

Gəncə Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb.

Redaktor.az “Qafqazinfo”ya istinadla  xəbər verir ki, 19 yaşlı Vasif Abidinovdan bir neçə gündür xəbər yoxdur.

Məlumat üçün bildirək ki, Vasif Abdinov Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir.

O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlib. 

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 19 yaşlı şəxs axtarışa elan edilib.

“Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcəkdir”.

Seçilən
47
4
redaktor.az

5Mənbələr