EN

Avstriya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb

2025-ci il ərzində Azərbaycandan Avstriyaya 87,9 milyon ABŞ dolları dəyərində 177,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 1,8 dəfə, həcm baxımından isə 2 dəfə üstələyir.

Ümumilikdə ötən il ərzində ölkədən 12,091 milyard dollar dəyərində 23,38 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Avstriya 18-ci yerdə qərarlaşıb və ixrac həcminin 0,75 faizi bu ölkənin payına düşüb.

Chosen
7
1
vergiler.az

10Sources