EN

Xalq artistinin adı Epşteynin sənədlərində

Ukrayna müharibəsi başladıqdan sonra Rusiyanı tərk edən keçmiş SSRİ Xalq artisti Alla Puqaçova, həyatı boyu cinsi istismar, insan alveri və pedofil şəbəkəsi yaratmaqda ittiham olunan maliyyəçi Ceffri Epşteynin bədnam sənədlərində yer alıb.

Publika.az xəbər verir ki, primadonnanın adının hallandığı yazışmaları "Lenta.ru"nun redaktorları aşkar edib.

Fayllarda qeyd olunan "Bəziləri üçün missiya yerinə yetirildi" başlıqlı məktub 13 yanvar 2014-cü ildə həkim, investor və Bill Qeytsin keçmiş müşaviri Boris Nikoliçin e-poçt ünvanından göndərilib.

"Sənədlərdə Alla Puqaçova Rusiyada ən çox hörmət edilən qadınlar sırasında yer alır", - deyə nəşrdə qeyd edib.

Məqalədə həmçinin məktubun heç bir izahat və ya şərh verilmədən Epşteynə göndərildiyi bildirilib.

Chosen
17
42
publika.az

10Sources