UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl" kapitanı ilə yolları ayırıb.
“İki sahil” xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Camal Lassells "Lester"ə keçib.
"Nyukasl" Camal Lassellsi 2014-cü ilin yayında "Nottingem Forest"dən transfer etmişdi. 32 yaşlı futbolçu "sağsağanlar"ın heyətində meydana çıxdığı 253 rəsmi matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Qarabağ"ın "Nyukas"la ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə olacaq.