AZ

"Qarabağ"ın rəqibi kapitanı ilə yollarını ayırdı

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl" kapitanı ilə yolları ayırıb.

QOL.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Camal Lassells "Lester"ə keçib.

"Nyukasl" Camal Lassellsi 2014-cü ilin yayında "Nottingem Forest"dən transfer etmişdi. 32 yaşlı futbolçu "sağsağanlar"ın heyətində meydana çıxdığı 253 rəsmi matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukas"la ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə olacaq.

Seçilən
2
4
teleqraf.com

6Mənbələr