BAKI,TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 699 milyon 760 min dollara bərabər olub.