AZ

Yanvar ayında Türkiyənin xalça ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 206 milyon 372 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 2 milyard 815 milyon 252 min dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Seçilən
14
12
turkic.world

10Mənbələr