EN

Gürcüstandan daha 57 əcnəbi deportasiya edilib:

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti son bir neçə gün ərzində ölkədən daha 57 xarici vətəndaşı deportasiya edib.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV Gürcüstan DİN-ə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları ölkədən deportasiya edilib.

 

"Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilmiş şəxslərə ölkəyə giriş qadağan olunub", - məlumatda bildirilib.

 

O da vurğulanıb ki, bu ilin yanvar ayında Gürcüstandan 232 xarici vətəndaş deportasiya edilib.

 

Xatırladaq ki, ötən il Gürcüstandan ümumilikdə 1 311 əcnəbi deportasiya edilib və onların 39-u azərbaycanlı olub.

Chosen
2
1
senzor.az

2Sources