Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti son bir neçə gün ərzində ölkədən 57 xarici vətəndaşı deportasiya edib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkə DİN-in məlumatında bildirilib.
Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları ölkədən deportasiya edilib.
"Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilmiş şəxslərə ölkəyə giriş qadağan olunub", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu ilin yanvar ayında Gürcüstandan 232 xarici vətəndaş deportasiya edilib.