EN

Ötən il Azərbaycanla İran arasında ticarət dövriyyəsi yarım milyard dolları ötüb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla İran İslam Respublikası arasındaticarət əməliyyatlarının həcmi 644,1 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3milyon ABŞ dolları və ya 0,5% azdır.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracıqeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon ABŞ dolları vəya 42,9% çoxdur.

Hesabat ilində İrandan Azərbaycana isə 624,1 milyon ABŞ dollarıdəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illəmüqayisədə 9 milyon ABŞ dolları və ya 1,4% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.

Chosen
30
19
az.trend.az

10Sources