EN

Xıdırlıda təhsil və səhiyyə işçiləri üçün 1,3 milyon manata qonaq evi TİKİLƏCƏK

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağdam rayonunun Xıdırlı kəndində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.

BAKU.WS-in məlumatına görə, tikintini Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti həyata keçirəcək.

Layihə çərçivəsində həkim tibb məntəqəsi, eləcə də təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin inşası nəzərdə tutulur.

Tikinti işlərinə sərf olunacaq maliyyə 1.392.066,64 manat təşkil edir.

Qeyd edək ki, bu layihə işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun qurulması istiqamətində atılan növbəti addımlardan biridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
baku.ws

10Sources